Turan Trade nümayəndələri 2022-ci il fevralın 3-də Bakıda öz işinə başlayan Azərbaycan-Macarıstan biznes forumunda iştirak ediblər.
Tədbirdə həm dövlət, həm də özəl şirkətlərin nümayəndələri iştirak edirlər.
Biznes forumdan sonra Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçiriləcək, ikitərəfli əməkdaşlıq sənədləri imzalanacaq. Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən isə həmsədri isə xarici işlər və ticarət naziri Peter Siyartodur.
2021-ci ildə Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 9,4% azalaraq $35,161 milyon təşkil edib. Azərbaycanın Macarıstandan idxalı bu məbləğin $33,368 milyonunu təşkil edib, Azərbaycanın Macarıstana ixracı isə cəmi $1,793 milyona çatıb.



Bakı, Azərbaycan Respublikası
Mikayıl Müşfiq küçəsi, 2H, AZ 1004
Bakı, Azərbaycan Respublikası
Mikayıl Müşfiq küçəsi, 2H, AZ 1004
Müəlliflik hüququ © 2021 TuranTrade